Koronavirus sentyabrdan yayılmağa başlayıb - İDDİA

Koronavirus sentyabrdan yayılmağa başlayıb - İDDİA Yeni növ koronavirusun (SARS-CoV-2) yayılması dekabrda deyil, sentyabrda başlamış ola bilər.
Sağlamlıq
18 Aprel , 2020 16:33
Koronavirus sentyabrdan yayılmağa başlayıb - İDDİA

Yeni növ koronavirusun (SARS-CoV-2) yayılması dekabrda deyil, sentyabrda başlamış ola bilər.

“Report” xəbər verir ki, bu qənaətə Kembric Universitetinin araşdırmaçıları gəliblər.

Araşdırmada bildirilib ki, koronavirusun yayılmağa başlaması ötən ilin sentyabrında Uhandan cənubda gerçəkləşmiş ola bilər.

Virusun kökünü araşdıran alimlər onun yayılmağa başladığı tarixin 13 sentyabr – 7 dekabr arası olduğunu iddia ediblər.

Alimlər bunu genlərin mutasiya yolu ilə orqanizmlərin qlobal hərəkətini xəritələyən riyazi alqoritm olan filogenetik şəbəkədən istifadə edərək təhlil ediblər.

“Virus insandan insana ötürülə bilmə xüsusiyyətini son mutasiyasından bir neçə ay öncə əldə etmiş ola bilər, ancaq başqasına keçmədən bir neçə ay bir heyvan və ya insanın içində olub. Sonra isə 13 sentyabr – 7 dekabr aralığında insanlararası yayılmağa başlayıb”, - Kembric Universitetinin genetika üzrə mütəxəssisi Piter Forster açıqlayıb.

Son xəbərlər

Orphus sistemi