TƏBİB: "İnkişaf etmiş ölkələrin səhiyyə pratikasının Azərbaycanda tətbiqi əsas hədəflərdəndir"

TƏBİB: "İnkişaf etmiş ölkələrin səhiyyə pratikasının Azərbaycanda tətbiqi əsas hədəflərdəndir" TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı nümayəndələri ilə görüşüb.
Sağlamlıq
7 Dekabr , 2021 09:47
TƏBİB: İnkişaf etmiş ölkələrin səhiyyə pratikasının Azərbaycanda tətbiqi əsas hədəflərdəndir

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı nümayəndələri ilə görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov ölkəmizdə tibbi xidmətin əlçatanlığının təmin edilməsi və keyfiyyətli xidmətin təşkilində hər iki qurumla qarşılıqlı əməkdaşlığın mühim rol oynadığını bildirib.

V.Qurbanov xaricdə təhsil almış və hazırda həmin ölkələrdə xidmət göstərən yerli mütəxəssislərin ölkə səhiyyəsinə qazandırılması, o cümlədən tibb müəssisələrində çalışan orta tibb işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətdində böyük yol qət edildiyini bildirib. O, qarşıda duran əsas hədəflərdən biri olaraq inkişaf etmiş ölkələrin səhiyyə pratikasının Azərbaycanda tətbiq edilməsindən ibarət olduğunu qeyd edib.

ÜST-nin Azərbaycan nümayəndəsi Hande Harmancı həyata keçirilən layihələrə göstərdiyi diqqət və dəstək üçün öz təşəkkürünü bildirib. O, əməkdaşlığın əsasını Azərbaycan səhiyyəsinə müsbət töhvələr verilməsindən ibarət olduğunu bildirib.

Çıxış edən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missia direktoru Cey Sinqx səhiyyə işçilərinin bilik bacarıqlarının artırılması, eyni zamanda ixtisaslı kadrların hazırlanması istiqamətində ölkələrarası təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.

Sonda birgə əməkdaşlıq çərçivəsində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi