İdxal olunan bioloji aktiv qida məhsullarında uyğunsuzluqların aşkarlanması halları artıb

İdxal olunan bioloji aktiv qida məhsullarında uyğunsuzluqların aşkarlanması halları artıb Son dövrlər Azərbaycana idxal olunan bioloji aktiv qida məhsullarında uyğunsuzluqların aşkarlanması halları artıb.
Sağlamlıq
6 Sentyabr , 2024 15:17
İdxal olunan bioloji aktiv qida məhsullarında uyğunsuzluqların aşkarlanması halları artıb

Son dövrlər Azərbaycana idxal olunan bioloji aktiv qida məhsullarında uyğunsuzluqların aşkarlanması halları artıb.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, ölkəyə idxal olunan bir sıra bioloji aktiv qida məhsullarının ekspertizası zamanı məhsulların tərkibindəki vitamin və mineralların miqdarının məhsulun etiketində göstərilən miqdardan fərqli olması, o cümlədən bir bioloji aktiv qida məhsulunun tərkibində qadağan olunmuş inqrediyent (tadalafil) aşkarlanması müəyyən edilib.

Bununla bağlı, uyğunsuzluq müəyyən edilən istehsalçı müəssisələrin sentyabrın 9-dan etibarən həmin məhsullarının ixracının məhdudlaşdırılması və sertifikatlaşdırılmanın dayandırılması, eyni zamanda bu müəssisələrdə həyata keçiriləcək sağlamlaşdırıcı və nəzarət tədbirləri ilə bağlı AQTA-ya məlumat verilməsi məqsədilə istehsalçı ölkələrin müvafiq qurumuna rəsmi qaydada müraciət olunub.

Tərkibindəki vitamin və mineralların miqdarının məhsulun etiketində göstərilən miqdardan fərqli olması ilə bağlı uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsullarının istehsalçıları

İstehsalçı şirkət

Sınaq nəticələri uyğunsuz olan nümunə sayı

1

İlaçsan Medical Sanayi Ve Dış Ticaret Limited Şirketi, Türkiyə Cümhuriyyəti

16

2

Aspar İlaç Kozmetik Gıda Sanayi A.Ş., Türkiyə Cümhuriyyəti

15

3

Unirex Healthcare Sağlık San. ve Dış.Tic. Ltd. Şti., Türkiyə Cümhuriyyəti

11

4

Pharmanor İlaç San. Tic. Ltd. Şti, Türkiyə Cümhuriyyəti

11

5

ENSA MNS Gida Takviyeleri Üretim ve Araştırma Merkezi, Türkiyə Cümhuriyyəti

9

Tərkibində qadağan olunmuş inqrediyent aşkarlanması ilə bağlı uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsullarının istehsalçısı

İstehsalçı şirkət

Sınaq nəticələri uyğunsuz olan nümunə sayı

1

"Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel ve Tarım Ürünleri Gıda Turizm İth. İhr. San. Ve Tic. Ltd. Şti", Türkiyə Cümhuriyyəti

1

Son xəbərlər

Orphus sistemi