Həkim: "Dilavər Əzimli tibb tariximizdə ən uzunmüddətli EKMO cihazında izlənən xəstə olub"

Həkim: "Dilavər Əzimli tibb tariximizdə ən uzunmüddətli EKMO cihazında izlənən xəstə olub" "Hər gün onlayn ən azı iki dəfə vəziyyətini həkimlərlə müzakirə edirdim"
Sağlamlıq
3 Mart , 2021 15:49
Həkim: Dilavər Əzimli tibb tariximizdə ən uzunmüddətli EKMO cihazında izlənən xəstə olub
Dilavər Əzimli

Tanınmış tarixçi alim, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli müalicə olunduğu dövrdə Azərbaycanın tibb tarixində ən uzun müddətli EKMO cihazında izlənən xəstə olub.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış həkim Rəşad Mahmudov deyib.

"Çox təəssüf... 2 ay boyunca tibb heyəti gecə-gündüz yorulmadan mübarizə apardı. Tibb tariximizə ən uzun müddətli EKMO cihazında izlənən xəstə oldu. Şəxsən özüm bütün işlərimə baxmayaraq, hər gün onlayn ən azı iki dəfə vəziyyətini həkimlərlə müzakirə edirdim. Amma nəticədə kömək edə bilmədik. Məncə, COVID-19-a və peyvəndə qarşı aparılan antitəbliğat insanlığa qarşı cinayətdir", - həkim R.Mahmudov əlavə edib.

Qeyd edək ki, D.Əzimli bu gün 62 yaşında koronavirusdan dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi