Gürcüstandan gətirilən spirtli içkilər istehlaka yararsız oldu

Gürcüstandan gətirilən spirtli içkilər istehlaka yararsız oldu 126 ədəd spirtli içki məhsulu partiyasının satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb
Sağlamlıq
12 Mart , 2021 14:55
Gürcüstandan gətirilən spirtli içkilər istehlaka yararsız oldu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

"Report" xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri zamanı “Gemini” MMC tərəfindən Gürcüstandan ölkəmizə idxal edilən “Çaça Gold” əmtəə nişanlı spirtli içki məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsulu partiyasında metil spirtinin həcm payının texniki normativ sənədlərə uyğun olmadığı və istehlak üçün yararsız olduğu aşkar edilib.

Agentlik tərəfindən istehlak üçün yararsız, ümumi çəkisi 135 kq (126 ədəd) olan spirtli içki məhsulu partiyasının satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi