Tongji Universiteti Tibb Fakültəsinin alimləri müəyyən ediblər ki, əyləncə məqsədləri üçün smartfon, planşet, kompüter və ya televizor ekranı qarşısında daha çox vaxt keçirmək irritabl, yəni həssas bağırsaq sindromuna gətirib çıxarır.
“Report”un məlumatına görə, tədqiqat “Scientific Reports” jurnalında dərc olunub.
Oturaq həyat tərzinin diabet, ürək-damar xəstəlikləri və xərçəng də daxil olmaqla xroniki xəstəliklərin inkişafına kömək etdiyinə dair artan sübutlar var. Hərəkət çatışmazlığının ən təhlükəli formalarından biri həddindən artıq ekran qarşısında vaxt keçirməkdir.
Əvvəllər bu cür həyat tərzinin ürək-damar xəstəlikləri və şiş riskini artırdığı sübut edilmişdi. Belə ki, televizora iki saat əlavə baxmaq kolorektal xərçəng riskini 1,07% artırır.
Yeni araşdırmada elm adamları Mendel təsadüfiləşdirmə metodunu tətbiq ediblər. Bunun üçün onlar insanların ekran qarşısında daha çox vaxt keçirməsinə səbəb olan nöqtə mutasiyalarını tədqiq ediblər. Sonra onlar və irritabl riskini artıran mutasiyalar arasında əlaqə tapmağa çalışıblar.
Alimlər sindromu olan 58 005 və sağlam 615 624 nəfərin məlumatlarından istifadə edib və 20 milyondan çox mutasiyanı təhlil ediblər. Məlum olub ki, 47 mutasiya sindromun inkişaf riskini artırır, oturaq həyat tərzi və ekran qarşısında daha çox vaxt keçirənlər də bu risk daha yüksəkdir. Bu araşdırma oturaq davranışın həssas bağırsaq sindromu ilə əlaqələndirilən ilk sübutdur.
Həssas bağırsaq sindromu qarın ağrısı, şişkinlik, ishal və ya qəbizlik və ya hər ikisi ilə xarakterizə olunan xroniki xəstəlikdir. Bu xəstəlikdən dünya əhalisinin 20% əziyyət çəkir.
Simptomların ağırlığı həyat tərzi və stress səviyyələrindən asılıdır və hazırda bu xəstəliyin birmənalı effektiv müalicə üsulu yoxdur.