Dünyada koronavirusdan ölənlərin sayı artıb

Dünyada koronavirusdan ölənlərin sayı artıb ÜST-nin beş bölgəsindən dördündə koronavirusa yoluxma sayında artım müşahidə edilib
Sağlamlıq
22 Mart , 2021 23:27
Dünyada koronavirusdan ölənlərin sayı artıb

Dünyada yeni növ koronavirus infeksiyasından ölənlərin və virusa yoluxanların sayı artıq beşinci həftədir ki, ardıcıl olaraq artır. Bu da narahatlığa səbəb olur.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə proqramındakı COVID-19-a qarşı texniki heyətinin rəhbəri Maria van Kerxove bildirib.

Onun sözlərinə görə, ÜST-nin beş bölgəsindən dördündə koronavirusa yoluxma sayında artım müşahidə edirik. O, qeyd edib ki, Böyük Britaniyada aşkar edilən və daha yüksək yoluxdurma imkanına malik koronavirusun VOC 202012/01 ştammı hesabına Avropada yoluxma sayı 12 faiz artıb.

Koronavirusa yoluxma sayında Şərqi Asiya bölgəsində 49, Şərqi Aralıq dənizi bölgəsində 8, Qərbi Sakit Okean bölgəsində isə 29 faiz artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi