Dünyada koronavirusdan ölənlərin sayı 9 521 nəfər artıb

Dünyada koronavirusdan ölənlərin sayı 9 521 nəfər artıb Pandemiya ərzində dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 136,29 milyonu ötüb
Sağlamlıq
130
14 Aprel , 2021 00:28
Dünyada koronavirusdan ölənlərin sayı 9 521 nəfər artıb

Pandemiya ərzində dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 136,29 milyonu ötüb.

Bu barədə “Report” Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən xəbər verir.

Qeyd edilir ki, son 24 saat ərzində koronavirusa 567 mindən çox yeni yoluxma qeydə alınıb. Virusdan ölüm hallarının 9,5 mindən çox olub.

Belə ki, Ümumdünya Səhiyyə Təşkilatına pandemiya ərzində COVID-19-a 136 291 128 yoluxma, 2 941 128 ölüm haqqında məlumatlar daxil olub. Son sutkada virusa yoluxanların sayı 567 849, ölənlərin sayı 9 521 artıb.

Son 24 saatda COVID-19-a ən çox yoluxma cənub-şərqi Asiyada (175 614) qeydə alınıb, ikinci yerdə Avropa (159 163), üçüncü yerdə Şimali və Cənubi Amerika (153 573) regionu qərarlaşıb.

ABŞ əvvəlki kimi yoluxma hallarının sayına görə birincidir - 30 888 765. Siyahıda ikinci yerdə Hindistan (13 689 453), Braziliya (13 482 023), Fransa (4 987 689), Rusiya (4 657 883), Böyük Britaniya (4 373 347), Türkiyə (3 903 573), İtaliya (3 779 594), İspaniya (3 336 637), Almaniya (3 022 323), Polşa (2 599 850), Kolumbiya (2 536 198) və digər ölkələr qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi