Dünyada COVID-19-dan ölənlərin sayı 5,3 milyona çatır

Dünyada COVID-19-dan ölənlərin sayı 5,3 milyona çatır Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 265 854 752 nəfərə çatıb.
Sağlamlıq
104
6 Dekabr , 2021 10:57
Dünyada COVID-19-dan ölənlərin sayı 5,3 milyona çatır

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 265 854 752 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 255 648 nəfər təşkil edir.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 49 085 361 nəfərə çatıb, 788 363 nəfər infeksiya səbəbindən vəfat edib.

İkinci yerdə qərarlaşan Hindistanda 34 641 561 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 473 537 nəfər ölüb.

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 22 143 091 nəfər virusa yoluxub, onlardan 615 636 nəfəri ölüb.

Son xəbərlər

Orphus sistemi