Daha bir sahibkarlıq subyekti qeydiyyata alınmadı

Daha bir sahibkarlıq subyekti qeydiyyata alınmadı “Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən yanvarın 29-da qida məhsulları sahəsində fəaliyyət göstərən 46 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Sağlamlıq
1 Fevral , 2021 18:29
Daha bir sahibkarlıq subyekti qeydiyyata alınmadı

“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən, yanvarın 29-da qida məhsulları sahəsində fəaliyyət göstərən 46 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

"Report" xəbər verir ki, həmin tarixdə 1 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

“BAKSU” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏT

İstehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.


Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Son xəbərlər

Orphus sistemi