Cəlilabad və Biləsuvarda itdişləmə halları artıb

Cəlilabad və Biləsuvarda itdişləmə halları artıb Bu il ərzində Cəlilabad və Biləsuvar rayonlarında ilansancma, itdişləmə və zəhərlənmə ilə bağlı müraciətlərin sayı açıqlanıb.
Sağlamlıq
11 Noyabr , 2022 15:54
Cəlilabad və Biləsuvarda itdişləmə halları artıb

Bu il ərzində Cəlilabad və Biləsuvar rayonlarında ilansancma, itdişləmə və zəhərlənmə ilə bağlı müraciətlərin sayı açıqlanıb.

Həmin rayonların səhiyyə müəssisələrindən "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, il ərzində ümumilikdə itdişləmə ilə bağlı müraciətlərin sayında artım müşahidə olunur.

Belə ki, cari il ərzində 132 nəfər zəhərlənmə, 3 nəfər dəm qazından zəhərlənmə, 11 nəfər ilanvurma və 571 nəfər isə itdişləməsi ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Bundan əlavə, cari il ərzində 272 nəfər itdişləmə, 3 nəfər ilan sancma və 17 nəfər isə zəhərlənmə ilə bağlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına üz tutub.

Müraciət edənlər arasında ölüm faktı qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi