Bu il Şuşa Rayon Mərkəzi Xəstəxanasının inşası başa çata bilər

Bu il Şuşa Rayon Mərkəzi Xəstəxanasının inşası başa çata bilər Bu il ərzində Şuşa Rayon Mərkəzi Xəstəxanasının inşasının yekunlaşdırılması planlaşdırılır.
Sağlamlıq
15 İyun , 2024 09:17
Bu il Şuşa Rayon Mərkəzi Xəstəxanasının inşası başa çata bilər

Bu il ərzində Şuşa Rayon Mərkəzi Xəstəxanasının inşasının yekunlaşdırılması planlaşdırılır.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mühəndis infrastrukturunun yenidən qurulduğu Şuşada aparılan bütün işlər şəhərin müfəssəl Baş planına uyğun olaraq həyata keçirilir.

A.Kərimov bildirib ki, artıq 960 nəfərlik yeni tam orta məktəb tikilərək istifadəyə verilib, rayon mərkəzi xəstəxanasının inşasının isə cari il ərzində yekunlaşdırılması planlaşdırılır.

“Prezidentin bizim qarşımızda qoyduğu əsas vəzifə Ermənistanın apardığı işğalçı siyasət nəticəsində yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın öz ata-baba yurdlarına qaytarılması və məşğulluğunun təmin edilməsidir. Böyük qürur hissi ilə bildiririk ki, artıq Şuşa öz sakinlərinə, buradan didərgin salınan soydaşlarımız isə öz doğma şəhərlərinə qovuşub”, - xüsusi nümayəndə qeyd edib.

Son xəbərlər

Orphus sistemi