Bitki tərkibli yağı nehrə yağı adı altında satan istehsalçılar məsuliyyətə cəlb olunub

Bitki tərkibli yağı nehrə yağı adı altında satan istehsalçılar məsuliyyətə cəlb olunub Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaxılabilən və qatı yağ məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində iki istehsalçıya məxsus iki məhsulda uyğunsuzluqlar aşkarlanıb.
Sağlamlıq
9 aprel 2025 12:59
Bitki tərkibli yağı nehrə yağı adı altında satan istehsalçılar məsuliyyətə cəlb olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaxılabilən və qatı yağ məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində iki istehsalçıya məxsus iki məhsulda uyğunsuzluqlar aşkarlanıb.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, bitki tərkibli spred yağlarının sellofanda qablaşdırılaraq nehrə yağı təəssüratı yaratmaqla istehlakçıların aldadıldığı müəyyən edilib.

Bundan başqa “Krestyanskoye” əmtəə nişanlı spred yağında koliform bakteriyalar, kif və maya göbələkləri aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, istehsalçılar inzibati məsuliyyətə cəlb olunub, uyğunsuzluq müəyyən edilmiş məhsulların satışının qadağan edilməsi və ticarət obyektlərindən geri çağırılması barədə qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi