Bill Qeyts yeni pandemiyanın olacağından xəbər verdi

Bill Qeyts yeni pandemiyanın olacağından xəbər verdi “Microsoft”un banisi Bill Qeyts bəşəriyyətə yeni pandemiyanın meydana çıxması barədə xəbər verib.
Sağlamlıq
9044
22 Noyabr , 2020 19:41
Bill Qeyts yeni pandemiyanın olacağından xəbər verdi
Bill Qeyts

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts bəşəriyyətə yeni pandemiyanın meydana çıxacağı barədə xəbər verib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Milyarder aktrisa Raşida Jons və ABŞ-ın baş infeksionisti Entoni Faucla birlikdə koronavirus pandemiyasını və COVID-19-un meydana gətirdiyi dəyişiklikləri müzakirə edib.

Danışıq zamanı Cons ondan soruşub ki, həqiqətənmi bəşəriyyət yeni pandemiya ilə qarşılaşacaq.

"Bəli. Və əgər bu iyirmi ildən sonra olsa, bəxtimiz gətirəcək", - Qeyts bildirib.

O, həmçinin qeyd edib ki, bunun çox əvvəl – üç il sonra olması ilə bağlı ssenari mövcuddur.

Bununla belə, “Microsoft”un banisi vurğulayıb ki, növbəti dəfə bəşəriyyət pandemiyaya daha çox "hazırlanacaq". Onun sözlərinə görə, bu an yerinə yetirilmiş alqoritmlər çıxacaq, hansılara ki, karantini daxil edəcəklər. Həmçinin infeksiyanın potensial daşıyıcılarının yoxlanılması sistemləri yaxşılaşdırılacaq.

"Biz ikinci dəfə belə axmaq olmayacağıq", - o fikirlərini yekunlaşdırıb.

Daha əvvəl “Microsoft” şirkətinin qurucusu COVID-19 infeksiyası üzərində son qələbə şərtini açıqlayıb. Milyarderin sözlərinə görə, COVID-19-un yayılmasına əlçatan və güclü peyvənd son qoyacaq.

Son xəbərlər

Orphus sistemi