Beynəlxalq mətbuat: Azərbaycanda COVID-19-a yoluxma və ölüm halları davamlı azalır

Beynəlxalq mətbuat: Azərbaycanda COVID-19-a yoluxma və ölüm halları davamlı azalır Azərbaycanda 2022-ci ilin martından bu günə kimi koronavirusa yoluxma və ölüm hallarının davamlı azalması müşahidə olunur.
Sağlamlıq
2 İyun , 2022 07:07
Beynəlxalq mətbuat: Azərbaycanda COVID-19-a yoluxma və ölüm halları davamlı azalır

Azərbaycanda 2022-ci ilin martından bu günə kimi koronavirusa yoluxma və ölüm hallarının davamlı azalması müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agenliyi yazıb.

Agentlik qeyd edib ki, Azərbaycanda koronavirusa yoluxma və ölüm halları artıq bir neçə aydır azalmaqdadır.

Son sutkada COVID-19-a 11 yeni yoluxma faktı qeydə alınıb, bununla da yoluxma hallarının ümumi sayı 792 778-ə çatıb. Ötən gündə daha 10 xəstə sağalıb və sağalanların ümumi sayı 783 017 nəfərə çatıb.

Eyni zamanda son 24 saat ərzində koronavirusdan ölənlərin olmadığı bildirilir.

Qeyd edək ki, “The Star” habelə digər mətbu orqanlar da Azərbaycanda koronavirusa gündəlik yoluxma və ölüm hallarının azaldığını, prosesin martdan davam etdiyini xəbər veriblər.

Son xəbərlər

Orphus sistemi