Bərdədə ərzaq malları anbarında nöqsanlar aşkarlanıb

Bərdədə ərzaq malları anbarında nöqsanlar aşkarlanıb Aşkarlanan nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub
Sağlamlıq
22 Fevral , 2021 16:41
Bərdədə ərzaq malları anbarında nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Şirvanlı kəndində yerləşən, fiziki şəxs Mürsəlov Azər Əziz oğluna məxsus ərzaq məhsullarının saxlanması və satışı anbarında yoxlama keçirib.

AQTA-dan "Report"a verilən məlumata görə, yoxlama zamanı heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmədən, müvafiq baytarlıq şəhadətnaməsi olmadan topdan satışının həyata keçirilməsi, malların saxlanılması və satışı qaydalarının, həmçinin müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülmədiyi məlum olub.

Aşkarlanan nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

Son xəbərlər

Orphus sistemi