Bakıda "COVID-19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda "COVID-19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda beynəlxalq konfrans keçirilir Noyabrın 20-də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə “18-24 noyabr Ümumdünya
Sağlamlıq
20 Noyabr , 2021 09:55
Bakıda COVID-19: Erkən və Gecikmiş Fəsadlar mövzusunda beynəlxalq konfrans keçirilir

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı "Florence Nightingale" Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə “18-24 noyabr Ümumdünya Antibiotiklərlə Bağlı Maarifləndirmə Həftəsi”nə həsr edilmiş "COVID-19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

"Report" xəbər verir ki, konfrans Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.

150 nəfərin əyani, 500-dən çox mütəxəssisin onlayn olaraq iştirak etdiyi konfransda 2 paneldə azərbaycanlı və türkiyəli aparıcı ekspertlər tərəfindən ümumilikdə 19 məruzənin dinlənilməsi və konfransın panel müzakirələri və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəkildə aparılması nəzərdə tutulub.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov pandemiya ilə mübarizə aparmaq üçün ölkədə 46 dövlət xəstəxanası ayrıldığını eyd edib: "Bu ayrılmış xəstəxanalardan biri olan Mərkəzi Gömrük Hospitalı artıq il yarımdır ki, yalnız kovid xəstələrinin müalicəsi ilə məşğul olur. Bu müddət ərzində 1600-dan çox COVID-19 xəstəsi Mərkəzi Gömrük Hospitalında stasionar müalicə alıb, onlardan ağır və hədsiz ağır vəziyyətdə olan 233 pasiyent isə reanimasiya və intensiv terapiya şöbəsində müalicə olunub. Bu xəstələrdən 183-ü ağ ciyərlərin süni ventilyasiyası aparatına qoşulmuş, o cümlədən 16 pasiyentin müalicəsində ekstrakorporal membran oksigenasiyası üsulundan istifadə edilib”, - o bildirib.

C.Məmmədov konfransın Azərbaycanda koronavirusla mübarizəyə layiqli töhfəsini verəcəyinə inandığını söyləyib və pandemiya dövründə olan fəaliyyətlərinə görə bütün həmkarlarına təşəkkür edərək konfransın işini açıq elan edib.

Qeyd edək ki, konfrans Azərbaycan Baş naziri Əli Əsədov tərəfindən 16 yanvar 2021-ci il tarixində 48s nömrəli Sərəncam ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın müvafiq yarımbəndlərinin (2.1.6. vaksinasiyanın səmərəliliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi; 15.3.3. Postvaksinal ağırlaşmaların təsnifatlaşdırılması (ehtimal olunan, gözlənilməyən və qeyri-müəyyən ağırlaşmalar üzrə); 15.5.1. Kütləvi informasiya vasitələri və aidiyyəti qurumlar vasitəsilə COVID-19 xəstəliyi əleyhinə vaksinasiyanın təşviqi və əhalinin məlumatlandırılması) icrasına töhfə vermək məqsədilə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi