Azərbaycanda yoluxma ən çox hansı ərazilərdədir?

Azərbaycanda yoluxma ən çox hansı ərazilərdədir? Azərbaycanda COVID-19-a yoluxma hallarının rayon və şəhərlərüzrə statistikası açıqlanıb.
Sağlamlıq
18 Avqust , 2020 13:25
Azərbaycanda yoluxma ən çox hansı ərazilərdədir?
0 : 00
0 : 00

Azərbaycanda COVID-19-a yoluxma hallarının rayon və şəhərlər üzrə statistikası açıqlanıb.

“Report” xəbər verir ki, yoluxmanın 56,2 faizi Bakının payına düşür. 

Sonrakı yerlərdə 15,9 %-lə Abşeron, 6,6 %-lə Gəncə-Qazax, 10 %-lə Aran, 4,4 %-lə Lənkəran, 1,9 %-lə Quba-Xaçmaz, 1,7 %-lə Şəki-Zaqatala, 1,0 %-lə Yuxarı Qarabağ, 1,7 %-lə Dağlıq Şirvan, 0,05 %-lə isə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.

Ölkə xaricindən gələn şəxslərin isə 0,8 faizi virusa yoluxub. 

Bakının rayonlarına gəlincə, ən yüksək göstərici Binəqədidə (14,2 %) qeydə alınıb. Sonrakı yerdə 11,8 %-lə Yasamal, 12,2 %-lə Xətai, 11,9 %-lə Sabunçu, 9,2 %-lə Nəsimi, 8,1 %-lə Suraxanı, 8,4 %-lə Nərimanov, 7,2 %-lə Nizami, 7,3 %-lə Qaradağ, 4,5%-lə Səbail, 4,9 %-lə Xəzərdə, 0,3 %-lə Pirallahı gəlir.

Ölkə üzrə COVID-19-a yoluxanların 54 faizini qadınlar, 46 faizini isə kişilər təşkil edir.

Qeyd edək ki, bu günədək Azərbaycanda ümumilikdə 34 343 nəfər virusa yoluxub. Onlardan 32 042 nəfəri sağalıb, 508 -i isə dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi