Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycanda tibbi-genetik laboratoriya yaradıla bilər.
Ombudsman Aparatı bu məqsədlə aidiyyəti qurumlara tövsiyələr göndərəcək.
"Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, yeni evlənənlərin tibbi müayinədən keçməsi sayəsində gənclərdə nikahdan qabaq yaranmış olan bir çox xəstəliklərin qarşısının alınmasında əhəmiyyətli rolu olduğu kimi, irsi qan xəstəliklərinin də erkən diaqnostikası vacib məsələdir", - Ombudsman Aparatından bildirilib.
Xatırladaq ki, Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməsi məcburidir. Bu dəyişikliyin tətbiqi 2015-ci il yanvar ayının 1-nə nəzərdə tutulsa da, vaxt məhdudluğu baxımından sənədin qüvvəyə minməsi iyun ayının 1-nə qədər təxirə salınıb.