Yazıçı Azər Abdulla COVID-19-a yoluxub.
Bu barədə “Report”a açıqlamasında onun oğlu, yazıçı Alpay Azər məlumat verib.
O bildirib ki, A.Abdulla hazırda Yeni Klinikada reanimasiya şöbəsindədir:
“Süni tənəffüs aparatına qoşulub, vəziyyəti bir az ağırdır. Mən özüm də yoluxmuşam, amma vəziyyətim kritik deyil. Evdə müalicə kursu alıram”.