Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
"Report" xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasında fəaliyyət göstərən “Trading MİREBRAHİM SEYED ALAEİ” müəssisəsi tərəfindən istehsal olunan və fiziki şəxs Nuriyev Ariz Arzuman oğlu tərəfindən ölkəmizə idxal edilən 2.75 ton qurudulmuş albuxara məhsuluna Agentliyin müfəttişləri baxış keçirib.
Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsullarda kif göbələkləri aşkarlanıb.
Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.