TDT üzvləri arasında səhiyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

TDT üzvləri arasında səhiyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Tibb Dünyası Konqresi çərçivəsində Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə, həmçinin Türkiyənin səhiyyə naziri Fahrettin Koca, Qazaxıstanın səhiyyə naziri xanım Ajar Giniyat, Qırğızıstanın s
Sağlamlıq
31 Oktyabr , 2022 18:31
TDT üzvləri arasında səhiyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında səhiyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu barədə "Report"a Səhiyyə Nazirliyindən bildirilib.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Tibb Dünyası Konqresi çərçivəsində Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə, həmçinin Türkiyənin səhiyyə naziri Fahrettin Koca, Qazaxıstanın səhiyyə naziri xanım Ajar Giniyat, Qırğızıstanın səhiyyə naziri xanım Gülnara Baatırova və Özbəkistanın səhiyyə naziri Bexzod Musayevlə ikitərəfli görüşlər keçirib.

Konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən söhbətlər zamanı səhiyyə və tibb elmi sahəsində ölkələr arasında əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları, həmçinin əczaçılıq sahəsində ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub.

Görüşlər zamanı Türk Dövlətləri Təşkilatının VIII Zirvə görüşünün sonunda dövlət və hökumət başçılarının hər ilin oktyabr ayında Türk Tibb Dünyası Konqresinin keçirilməsinə dair birgə razılığı ölkələrimizin səhiyyə ictimaiyyəti üçün tarixi qərar olduğu vurğulanıb. Bildirilib ki, TDT-nin üzv ölkələrin səhiyyə nazirlərinin və elm adamlarının iştirakı ilə yaradılan bu platforma nəinki təşkilatda təmsil olunan ölkələrin tibb mütəxəssisləri ilə, eyni zamanda digər ölkələrdə fəaliyyət göstərən türksoylu peşəkarlarla əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcək qarşılıqlı əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün möhkəm əsaslar yaradır.

Son xəbərlər

Orphus sistemi