Aydın Kərimov: Yaxın vaxtlarda Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisi başa çatacaq

Aydın Kərimov: Yaxın vaxtlarda Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisi başa çatacaq Yaxın vaxtlarda Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisi başa çatacaq.
Sağlamlıq
8 Oktyabr , 2024 11:56
Aydın Kərimov: Yaxın vaxtlarda Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisi başa çatacaq
Aydın Kərimov

Yaxın vaxtlarda Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisi başa çatacaq.

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan həkimləri fədakarlıq və əzmkarlıq göstərərək Şuşada və digər azad olunmuş ərazilərdə xidmət göstərirlər: "Yaxın vaxtlarda Şuşa Rayon Mərkəzi Xəstəxanasının və kompleksinin tikintisinin başa çatdırılması gözlənilir. Düşünürəm ki, bununla da tibbi xidmətlərin Şuşada yeni müstəvidə təşkil olunmasına nail olunacaq".

Prezidentin xüsusi nümayəndəsi bildirib ki, Şuşanın bu iclasa ev sahibliyi etməsi qürurvericidir.

Son xəbərlər

Orphus sistemi