Bakı. 14 aprel. REPORT.AZ/ "Prezident
O qeyd edib ki, dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsindən sonra müəyyən dərmanların qiymətləri aşağı düşəcək: "Biz də bunun tərəfdarıyıq. "Avromed" şirkəti Azərbaycan bazarında mövcud olan dərman preparatları, tibbi vasitələr və digər məhsulların təxminən beşdə birini idxal edir. Həmin dərmanlar da dünyanın tanınmış şirkətlərinin məhsullarıdır. Onların qiymətləri də Azərbaycan səviyyəsində olan ölkələrdəki qiymətlərlə fərqlənmir. Azərbaycanda 350-dən artıq şirkət dərman satışı ilə məşğul olur".
C.Feyziyevin sözlərinə görə, son zamanlar "Avromed" şirkətində dərmanların qiymətlərində dəyişiklik olmayıb: "Şirkətdə qiymətlər hər zaman sabit olub və bu vəziyyət hazırda da davam edir. Ona görə də qiymət artımının "Avromed"ə heç bir aidiyyəti yoxdur".