AQTA qida zəhərlənmələrindən qorunmaq üçün əhaliyə müraciət edib
- 13 dekabr, 2021
- 07:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Qida Təhlükəsizliyi Agentliyi qida zəhərlənmələrindən qorunmaq üçün diqqət edilməli məqamları açıqlayıb.
"Report" verir ki, həmin məqamlar aşağıdakılardır:
- İstifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etməmək;
- Pasterizə olunmamış süd və süd məhsullarından istifadə etməmək;
- Qutusu zədələnmiş və ya qapağı boşalmış konservləri istehlak etməmək;
- Meyvə-tərəvəzi axar ilıq su ilə yaxşı yuduqdan sonra istehlak etmək;
- Ət, toyuq, balıq məhsullarını və südü uyğun müddətdə və temperaturda bişirmək;
- Yeməkləri günlük olaraq hazırlayıb, artıq qalanını isə bir dəfədən çox isitməmək;
- Yemək hazırlayıb bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək.