AQTA nümayəndə heyəti Rusiyada idxal edilən məhsulların yoxlanılmasına sərf edilən vaxtın azaldılmasını müzakirə ediblər

AQTA nümayəndə heyəti Rusiyada idxal edilən məhsulların yoxlanılmasına sərf edilən vaxtın azaldılmasını müzakirə ediblər Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətində (“Rosselxoznadzor”) fitosanitar və baytarlıq nəzarəti istiqamətləri üzrə iş sistemi ilə yaxından tanış olmaq və təcrüb
Sağlamlıq
21 Dekabr , 2023 16:34
AQTA nümayəndə heyəti Rusiyada idxal edilən məhsulların yoxlanılmasına sərf edilən vaxtın azaldılmasını müzakirə ediblər

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətində (“Rosselxoznadzor”) fitosanitar və baytarlıq nəzarəti istiqamətləri üzrə iş sistemi ilə yaxından tanış olmaq və təcrübə mübadiləsi məqsədilə bu ölkəyə işgüzar səfər edib.

AQTA-dan "Report"a verilən məlumata görə, səfər çərçivəsində Ümumrusiya Bitki Karantini Mərkəzi ilə Ümumrusiya Dövlət Heyvanlar üçün Dərman Vasitələrinin və Yemlərin Keyfiyyəti və Standartlaşdırılması Mərkəzində görüşlərin keçirilməsi və ikitərəfli əməkdaşlıqla bağlı aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.

Agentliyin Aparat rəhbəri Elxan Mikayılovun başçılıq etdiyi nümayəndə heyətində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədri Əli Nəbiyev, sədr müavini Fərid Əliyev və Analitik Ekspertiza Mərkəzinin rəhbəri Tünzalə Qocayeva təmsil olunur.

Səfər çərçivəsində nümayəndə heyəti artıq “Rosselxoznadzor”da fitosanitariya məsələlərinə həsr olunmuş görüş keçirib. Görüşdə ikitərəfli əməkdaşlıq, bitkiçilik məhsullarının idxalı və ixracı, eyni zamanda fitosanitar nəzarət sistemlərinin ekvivalentliyinin tanınması əsasında idxal edilən məhsulların yoxlanılmaya sərf edilən vaxtın azaldılması məsələləri müzakirə olunub.

Nümayəndə heyətinin “Rosselxoznadzor”da baytarlıq məsələləri ilə bağlı görüş keçirməsi və baytarlıq sahəsində Rusiyanın dövlət informasiya sistemi ilə tanış olması da nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi