Alkoqolun koronavirusa təsiri açıqlandı

Alkoqolun koronavirusa təsiri açıqlandı Koronavirusa yoluxma zamanı alkoqolun istifadəsi xəstəliyin müddətinin formasını dəyişdirə bilər.
Sağlamlıq
4711
4 Noyabr , 2020 04:59
Alkoqolun koronavirusa təsiri açıqlandı

Koronavirusa yoluxma zamanı alkoqoldan istifadə xəstəliyin müddətinin formasını dəyişdirə bilər.

“Report” xəbər verir ki, bu barədə "Sputnik" radiosuna müsahibəsində Rusiyanın "İsayev doktorun Klinikası"nın rəhbəri, həkim-narkoloq Ruslan İsayev bildirib.

Onun sözlərinə görə, koronavirus infeksiyasının ağırlığı insan orqanizminin qoruyucu xüsusiyyətlərindən asılıdır. Narkoloq bildirib ki, alkoqoldan istifadə COVID-19-a yoluxmuş insanın immunitetini məhv edir, buna görə spirtli içki qəbul edən insan xəstəliyin ağır forması ilə riski ilə üzləşir.

"Əgər insan yüngül formalı koronavirusa yoluxursa, onda alkoqoldan istifadə bunu xəstəliyin orta və ya ağır formasına çevirə bilər. Biz bu barədə dəqiq danışa bilərik", - narkoloq deyib.

"Bu barədə, eləcə də müalicə zamanı istifadə olunan dərmanlarla spirtin qarışdırılmasının ciddi fəsadlara və nəticələrə səbəb ola biləcəyi barədə də dəqiq deyə bilərik”, - narkoloq deyib.

Ruslan İsayev xatırladıb ki, koronavirusdan müalicə zamanı tətbiq edilən bir çox dərmanlar alkoqolla uyğun gəlmir.

"Söhbət hər şeydən əvvəl antibiotiklərdən gedir. Bu preparatlar öz-özlüyündə əlavə təsirlər yarada bilər, amma alkoqol əlavə ağırlaşmaların ortaya çıxmasına imkan yaradacaq.

Son xəbərlər

Orphus sistemi