15 bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb

15 bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bioloji aktiv qida məhsulları ilə bağlı həyata keçirilən nəzarət tədbirləri çərçivəsində ümumilikdə 11 şirkətə məxsus 15 məhsulda uyğunsuzluq aşkarlanıb.
Sağlamlıq
15 Oktyabr , 2024 14:53
15 bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bioloji aktiv qida məhsulları ilə bağlı həyata keçirilən nəzarət tədbirləri çərçivəsində ümumilikdə 11 şirkətə məxsus 15 məhsulda uyğunsuzluq aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Belə ki, həmin məhsulların bitki tərkibli olduğu bəyan edilsə də, aparılan müayinələr nəticəsində nümunələrdə bioloji aktiv qida məhsullarının tərkibində olmasına yol verilməyən təsiredici maddələr aşkarlanıb. Bu isə həmin məhsulların tərkib və etiket məlumatları ilə bağlı qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə yanaşı, bioloji aktiv qida məhsulu adı ilə istehlakçılara qida məhsullarının tərkibində istifadəsinə yol verilməyən məhsulu təklif etməklə onların sağlamlığı üçün ciddi problemlərin meydana çıxmasına səbəb ola bilər.

Faktla bağlı bu müəssisələrə məxsus anbarlarda aşkarlanmış ümumilikdə 7362 ədəd məhsulun satışı qadağan edilib və bu günədək 2550 ədəd məhsulun aptek şəbəkələrindən geri çağırılması təmin olunub. Hazırda bu proses davam etdirilir.

Məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırmalar davam etdirilir.
Uyğunsuzluq aşkar edilmiş məhsullar aşağıdakılardır:

Məhsulun adı

İstehsalçı

İdxalçı

Məhsulun partiya/seriya nömrəsi, istehsal və son istifadə tarixləri

Aşkar edilmiş uyğunsuzluq

1.

“Sessoday”

"Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel ve Tarım Ürünleri Gıda Turizm İth. İhr. San. ve Tic. Ltd. Şti";
Türkiyə Respublikası

“Bion Medical” MMC

SD00522;
01.05.2023-01.05.2026

Tadalafil

2.

“Kenzo Man”

"XM World Wide Marketing Kozmetik İlaç Pazarlama San. Dış Tic. Ltd. Şti";
Türkiyə Respublikası

KM00525;
01.11.2023-01.11.2026

3.

"Kentavr"

"Vitapharm-Com" MMC;
Moldova Respublikası

KTV/C-010122; 04.01.2022-04.01.2025

Sildenafil

4.

“Klavin Platinum”

"Vitapharm-Com" MMC;
Moldova Respublikası

“Miral” MMC

CVP/C-020220;

15.11.2023-15.11.2026

Sildenafil

5.

"Atom"

"Vitapharm-Com" MMC;
Moldova Respublikası

"Biogen Pharm" MMC

ATM/C-010423; 24.07.2023-24.07.2026

6.

"Forsaj"

"Vitapharm-Com" MMC;
Moldova Respublikası

FRJ/C-020723; 03.07.2023- 03.07.2026

7.

"Mirinda Pasta"

"ACDC Kozmetik Sanayi ve Ticaret A.Ş";

Türkiyə Respublikası

"Nano Pharma-F" MMC

001;
30.04.2023- 30.04.2026

8.

"Silovest"

"Tocura İlaç ve Sanayi ve Ticaret A.Ş";

Türkiyə Respublikası

"Vest-Far" MMC

307;
10/2023-10/2026

Tadalafil

9.

"Wolf Power Max"

"Aspar İlaç Kozmetik Gıda San. Tic. Ltd. Şti"; Türkiyə Respublikası

"Raffoce" MMC

WP 00540; 21.07.2023- 21.07.2026

Tadalafil

10.

"Supermax Men`s"

"Aspar İlaç Kozmetik Gıda San. Tic. Ltd. Şti"; Türkiyə Respublikası

Fiziki şəxs Səmədov Azər Mailxan oğlu

SM 00551; 01.01.2023-01.01.2026

11.

"XY Men"

"CosmoActive İlaç A.Ş.";
Türkiyə Respublikası

0004;

04.01.2024-04.01.2027

12.

"Energon"

"Saşera-Med" MMC; Rusiya Federasiyası

"Vest Pharma" MMC

01;
25.10.2023- 25.10.2026

Sildenafil, Tadalafil

13.

"Eromen"

"Tocura İlaç ve Sanayi ve Ticaret A.Ş";

Türkiyə Respublikası

"Sunay Medical Company" MMC

633;
12/2023-12/2026

14.

"Mersi"

"Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel ve Tarım Ürünleri Gıda Turizm İth. İhr. San. ve Tic. Ltd. Şti"; Türkiyə Respublikası

"EN Life Group" MMC

MS 00204; 01/2023-01/2026

15.

"Febulus"

"Saşera-Med" MMC; Rusiya Federasiyası

"Glorious Pharmacy" MMC

01;

04.01.2022-04.01.2025

Son xəbərlər

Orphus sistemi