Daha bir sahibkarlıq subyekti qeydə alınmadı

Daha bir sahibkarlıq subyekti qeydə alınmadı Agentlik öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır
Sağlamlıq
16 Fevral , 2021 15:30
Daha bir sahibkarlıq subyekti qeydə alınmadı

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 15 fevral 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 54 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

AQTA-dan "Report"a verilən məlumata görə, həmin tarixdə 1 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

Balabəy Şıxaliyev Ağabəy

Emal

Sahibkar fəaliyyət göstərmir.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Son xəbərlər

Orphus sistemi