Yerevanda Dövlət Universitetinin tələbələri rektorun istefasını tələb edirlər

Yerevanda Dövlət Universitetinin tələbələri rektorun istefasını tələb edirlər Bakı. 14 fevral. REPORT.AZ/ Yerevanda Dövlət Universitetinin (YDU) tələbələri rektor Aram Simonyanın istefasını tələb edirlər.
Region
14 Fevral , 2019 11:33
Yerevanda Dövlət Universitetinin tələbələri rektorun istefasını tələb edirlər
ArmTimes
0 : 00
0 : 00

Bakı. 14 fevral. REPORT.AZ/ Yerevanda Dövlət Universitetinin (YDU) tələbələri rektor Aram Simonyanın istefasını tələb edirlər.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Tələbələr hesab edirlər ki, rektorun rəhbərlik etdiyi YDU-nun Himayəçilik Şurası onların tələblərini nəzərə almır və universitetin inzibati idarəetməsi ilə bağlı vəziyyəti düzəltmir. 

Onların sözlərinə görə, şura bir sıra mövcud problemləri həll etmir. Bu baxımdan, onlar şura rəhbəri kimi rektora etimadsızlıqlarını bildirəcəkləri Himayəçilik Şurasının növbədənkənar sessiyasının keçirilməsini tələb ediblər.

Qeyd edək ki, ötən həftə YDU əməkdaşları Ermənistan hökumətinin elmi laboratoriyaların maliyyələşdirilməsi üçün tenderlərin keçirilməsinə dair qərarına qarşı etiraz aksiyası keçirib

Son xəbərlər

Orphus sistemi