Türkiyənin Gürcüstandakı səfirliyi saxta “Facebook” səhifələri ilə bağlı xəbərdarlıq edib

Region
  • 17 oktyabr, 2019
  • 09:15
Türkiyənin Gürcüstandakı səfirliyi saxta “Facebook” səhifələri ilə bağlı xəbərdarlıq edib

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın adına “Facebook” sosial şəbəkəsində saxta səhifələr açılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandakı səfirliyi açıqlama yayıb. 

Qeyd olunub ki, həmin səhifələrdə Türkiyəyə qonşu olan ölkələrin ərazilərini Türkiyənin sərhədləri daxilində göstərən bəzi təxribat xarakterli paylaşımlar yer alb.

Səfirlik saxta və təxribat məqsədi daşıyan paylaşımlara deyil, Türkiyə prezidenti, Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi və ölkənin Gürcüstandakı diplomatik nümayəndəliyinin səhifələrinə etibar etməyə çağırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti