Türkiyədə silah anbarında baş verən partlayışda həlak olan əsgərlərin sayı 7-yə çatıb, 25 yaralı var - YENİLƏNİB
- 10 noyabr, 2018
- 11:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 noyabr. REPORT.AZ/ Hakkari bölgəsində yerləşən silah anbarında baş verən partlayış nəticəsində həlak olan əsgərlərin sayı 7-yə çatıb.
“Report” “Hürriyet”ə istinadən xəbər verir k, bunu Fransaya səfərə yola düşməzdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində 25 hərbçi yaralanıb: “Yaralılardan 4-nün vəziyyəti ağırdır. Onlar təcili tibbi yardım təyyarəsi ilə Ankaraya gətirilir və müalicələri paytaxtdakı xəstəxanada davam etdiriləcək”.
*** 13:23
Türkiyənin Hakkari bölgəsində yerləşən silah anbarında baş verən partlayış nəticəsində 4 əsgər həlak olub.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, hadisə nəticəsində 20 hərbçi yaralanıb.