Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb
Region
- 27 iyun, 2020
- 17:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 082 nəfəri ötüb.
Son sutkada Türkiyədə COVID-19-a 1 372 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin sayı 195 833 nəfərə çatıb.
Nazirin sözlərinə görə, son bir gündə 1 984 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə təhlükəli infeksiyadan sağalanların sayı 169 182 nəfərə yüksəlib.
Son sutkada COVID-19-la bağlı 45 213 test aparılıb. Hazırda koronavirus testlərinin ümumi sayı 3 231 835-dir.
Son xəbərlər
12:55
Almaniyada kütləvi atışma təhdidi səbəbindən bəzi məktəblərdə dərslər ləğv edilib
Digər ölkələr
12:54
Məktəbli forması qaydaları təhsil hüquqlarının məhdudlaşdırılması halları kimi qiymətləndirilməməlidir - RƏY
Elm və təhsil
12:53
"İmişli" baş məşqçisi Fərid Namazovla müqaviləyə zəif nəticələrə görə xitam verib
Futbol
12:53
Rütte Bolqarıstanın Baş naziri ilə Qara dənizdə gəmilərə hücumları müzakirə edib
Digər ölkələr
12:44
Ermənistan dəmir yollarını xilas etmək istəyir - Bakı ilə sülh nəyi dəyişəcək?
Analitika
12:41
Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
Ekologiya
12:40
Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini birinci oxunuşda qəbul edib
Milli Məclis
12:39
Dövlət Xidməti "Bug Bounty" proqramına start verir
Maliyyə
12:31
Foto
Respublika Olimpiya İdman Liseyinin təmirdən sonra açılışı olub
Fərdi