Türkiyə polisi Camal Qaşıqçının Baş Konsulluqda öldürülməsinə dair yeni dəlillər aşkarlayıb

Türkiyə polisi Camal Qaşıqçının Baş Konsulluqda öldürülməsinə dair yeni dəlillər aşkarlayıb Bakı. 18 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğunun binasında axtarış aparan türkiyəli kriminalistlər diplomatik nümayəndəlikdən əllərində içərisi dolu torbalarla çıxıblar.
Region
18 Oktyabr , 2018 10:18
Türkiyə polisi Camal Qaşıqçının Baş Konsulluqda öldürülməsinə dair yeni dəlillər aşkarlayıb
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğunun binasında axtarış aparan türkiyəli kriminalistlər diplomatik nümayəndəlikdən əllərində içərisi dolu torbalarla çıxıblar.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, Baş Konsulluğun binasında oktyabrın 17-si saat 16.35-də başlayan axtarış oktyabrın 18-də saat 06.00-da başa çatıb.

Əməliyyat başa çatandan sonra hadisə yerindən çıxan polis əməkdaşının üzərindəki qırmızı ləkələr diqqəti cəlb edib. İlk baxışda qan ləkəsi kimi görünən izlərin kimyəvi maddələrdən əmələ gəldiyi aydınlaşıb.

Axtarış nəticəsində çoxlu sübutların əldə edildiyi məlum olub. Bundan başqa, Baş Konsulluğa aid avtomobillərdə bir-bir axtarılıb. 

“Haber7” saytı isə yazıb ki, C.Qaşıqçını öldürmək üçün Səudiyyə Ərəbistanından Türkiyəyə gələn 15 nəfərlik qrupun üzvü Meşal Saad əl-Bostani paytaxt Ər-Riyada şübhəli avtomobil qəzasında ölüb. Leytenant Meşal Saad əl-Bostani Səudiyyə Ərəbistanın Hərbi-Hava Qüvvələrinin pilotu olub.

Bildirilib ki, 31 yaşlı pilot jurnalsitin qətli ilə bağlı sirləri də özü ilə aparıb. O, oktyabrın 2-də özəl təyyarə ilə İstanbula gələnlərdən biri olub. Bostani “Vindham qrand” hoteldə qaldıqdan sonra yerli vaxtla 21.46-da özəl təyyarə ilə Türkiyədən ayrılıb.

Qeyd edək ki, səudiyyə ərəbistanlı müxalifətçi jurnalist, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına daxil olduqdan sonra itkin düşüb.

Son xəbərlər

Orphus sistemi