Tbilisidə etiraz aksiyası evlilik təklifi ilə başa çatıb
Region
- 30 iyun, 2019
- 20:10
Tbilisidə parlament binası qarşısında keçirilən növbəti etiraz aksiyası başa çatıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bugünkü aksiyada tribuna daha çox incəsənət adamlarına verilib.
Aksiyaçılar qarşısında Gürcüstanın tanınmış müğənnisi Nino Katamadze, yazıçılar Davit Qabunia, Erekle Deisadze və digərləri çıxış ediblər. Onlar aksiyanın daxili işlər naziri Giorgi Qaxarianın istefası ilə bağlı tələbinin haqlı olduğunu bildirərək, etirazçılara dəstəklərini ifadə ediblər.
Aksiyanın sonu maraqlı məqamla yadda qalıb. Belə ki, çıxış edən gənclərdən biri sevdiyi qıza tribunadan evlilik təklif edib. Gəncin bu hərəkəti aksiyaçılar tərəfindən alqışlarla qarşılanıb.
Aksiya iyulun 1-də saat 19:00-da bərpa olunacaq.
Son xəbərlər
11:57
Yannik Sinner ardıcıl dördüncü "Masters" turnirinin qalibi olmaqla tarixi rekordu təkrarlayıb
Fərdi11:49
Foto
Video
Beyləqanda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Hadisə11:44
Naxçıvanda vergi ödəyicilərinin sayı 8 %-ə yaxın artıb
Biznes11:44
Rauf Cabbarov: "Rəqəmsal kriminalistikada mütəxəssis çatışmazlığı var"
İKT11:43
Foto
Stolüstü tennis üzrə "Baku Open" turnirinin qalibləri müəyyənləşib
Fərdi11:42
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Daxili siyasət11:41
"PAŞA Bank" hansısa xarici bankdan pay alması ehtimalına münasibət bildirib
Maliyyə11:40
ASEAN ölkələri ABŞ və İrandan Hörmüz boğazından təhlükəsiz keçidin bərpasını tələb ediblər
Digər ölkələr11:37