Yuxarı

Mixeil Saakaşvili: “Rusiya və Gürcüstan arasından Ermənistana yol çəkilməsi faciədir”

Saakaşvili: Ermənistana çəkilən yol gürcü dövlətçiliyinə zərər vuracaq

Bakı. 6 fevral. REPORT.AZ/ "Rusiya və Gürcüstan arasından Ermənistana dəhlizin çəkilməsi haqqında müqavilənin imzalanması faciədir".

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili Abxaziya və Cənubi Osetiya ərazisindən keçməklə Gürcüstanla Rusiya arasında yeni buraxılış məntəqələrinin açılmasını “Facebook” səhifəsində belə dəyərləndirib.

“Mən bu məntəqələrin 2012-ci ildə bizim beynəlxalq səviyyədə tanınan sərhədlərimizdə qoyulması barədə razılığa nail olmuşdum. Bu, İvanişvilinin təslim olmasıdır. Bu, gürcü dövlətçiliyi üçün uzunmüddətli faciə olacaq”, - deyə o yazıb.

Bildirilib ki, Rusiya ilə Gürcüstan arasında əldə edilən razılaşmaya əsasən, buraxılış məntəqələri Abxaziya və Cənubi Osetiya ərazilərində qoyulacaq. Məntəqənin işini İsveçrənin SGS şirkəti təşkil edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi