"NY Post": Mamdani real işdən çox onlayn təbliğatla məşğuldur

Digər ölkələr
  • 22 oktyabr, 2026
  • 17:00
NY Post: Mamdani real işdən çox onlayn təbliğatla məşğuldur

ABŞ-nin Nyu-York meri Zohran Mamdani öz vəzifələrini icra etməkdən daha çox sosial şəbəkələrdə təbliğata diqqət yetirir: vəzifədə olduğu 10 ay ərzində o, yalnız bir fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə "The New York Post" nəşrinə meriya ilə tez-tez işləyən mənbə bildirib.

"Mamdaninin və onun komandasının əsas məqsədi meriyanı sosial şəbəkələr üçün məzmun istehsal edən bir mərkəzə çevirməkdir. Onlar sosial şəbəkələr üçün videoların hazırlanması naminə hökumətin gündəlik iclaslarını tez-tez təxirə salır", - mənbə deyib.

Nəşrin məlumatına görə, avqust ayında Mamdani ictimai iaşə obyektlərinin şəhər səkilərində bütün il boyu açıq havada fəaliyyət göstərməsinə icazə verən qanunu imzalayıb. Bu, merin vəzifədə olduğu müddətdə imzaladığı, şəhər şurası tərəfindən təsdiq edilmiş yeganə qanun layihəsidir.

Bununla yanaşı, yanvar ayından bəri onun baxışında olan, lakin hələ də nəzərdən keçirilməyən təxminən 100 digər qanun layihəsi var.

"The New York Post"un qeyd etdiyi kimi, sosial şəbəkələrdən fəal istifadə edən Mamdani administrasiyası dövründə təxminən hər iki qanun layihəsindən biri merin imzası olmadan qüvvəyə minir. Söhbət "imzasız qaytarılma" kimi tanınan prosedurdan gedir: əgər şəhər şurası qanun layihəsini təsdiq edirsə və mer dörd həftə ərzində onu imzalamır və ya veto qoymursa, sənəd avtomatik olaraq qüvvəyə minir.

Nəşr həmçinin Mamdaninin göstəriciləri ilə onun sələflərinin göstəriciləri arasındakı fərqi də qeyd edir. Vəzifədə olduqları eyni dövr ərzində sabiq mer Erik Adams 30, Bill de Blazio 47, Mayk Blumberq isə 28 qanun imzalayıb.

44 filmi