Rusiya tibbi maskaların ölkədən çıxarılmasını qadağan etdi

Rusiya tibbi maskaların ölkədən çıxarılmasını qadağan etdi Rusiya hökuməti bir sıra məhsulların ölkədən çıxarılmasının müvəqqəti olaraq qadağan edilməsi ilə bağlı qərar verib.
Region
4 Mart , 2020 11:26
Rusiya tibbi maskaların ölkədən çıxarılmasını qadağan etdi
google.az

Rusiya hökuməti bir sıra məhsulların ölkədən çıxarılmasının müvəqqəti olaraq qadağan edilməsi ilə bağlı qərar verib.

“Report” xəbər verir ki, qərar Rusiyanın Nazirlər Kabinetinin saytında dərc edilib.

Koronavirus infeksiyasının geniş yayılması ilə əlaqədar qəbul edilmiş qərara qoruyucu maska, dezinfeksiyaedici və virusa qarşı maddələr, qoruyucu respirator və gözlüklər, baxillər və digər tibbi ləvazimatlar daxil edilib.

Qeyd edilir ki, yasaq humanitar yardım və vətəndaşların birdəfəlik şəxsi istifadəsi üçün çıxarılan məhsullara şamil edilmir.

Sənəddə qadağanın iyunun 1-dək qüvvədə qalacağı bildirilir.

Rusiyada indiyədək 3 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Onların 2 nəfər sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 80 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 191-ə çatıb. Bunların 51 002 nəfəri sağalıb, 3 203 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub

Son xəbərlər

Orphus sistemi