Rusiya və Türkiyə prezidentləri ilin sonunadək yenə görüşəcək
Region
- 02 oktyabr, 2018
- 23:41
Bakı. 3 oktyabr. REPORT.AZ/ İlin sonuna qədər Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında növbəti görüş baş tuta bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə çərşənbə axşamı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, Rusiya, Türkiyə, Almaniya və Fransanın iştirakı ilə Suriya üzrə dördtərəfli sammitin keçirilməsi üzərində fəal iş gedir.
"Yaxın günlərdə hər dörd dövlət öz iştirakını təsdiq edəcəyi təqdirdə, bu sammitin keçirilməsi barədə razılıq əldə olunacaq. Rusiya görüşün İstanbulda keçirilməsinin tərəfdarıdır. İndi konkret tarixlər razılaşdırılacaq", - deyə Uşakov bildirib.
Son xəbərlər
08:59
"Finex Kredit" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə08:56
Qara dəniz üzərində Amerikanın kəşfiyyat dronu müşahidə edilib
Digər ölkələr08:52
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.02.2026)
Maliyyə08:51
Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı düşüb
Energetika08:46
Video
Göyçayda yaşayış binasında yanğın baş verib
Hadisə08:29
Kamçatkada 5 maqnitudada zəlzələ olub
Digər ölkələr08:16
Foto
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:12
Venesuela və ABŞ ikitərəfli münasibətləri nəzərdən keçirib
Digər ölkələr07:41