Rusiyalı politoloq: "Rusiya ilə Ermənistanın münasibətləri səhv məcrada inkişaf edir"

Rusiyalı politoloq: "Rusiya ilə Ermənistanın münasibətləri səhv məcrada inkişaf edir" Rusiya hökuməti Ermənistanla münasibətlərinin səhv məcrada inkişaf etdiyi qənaətindədir.
Region
1 Oktyabr , 2019 15:03
Rusiyalı politoloq: Rusiya ilə Ermənistanın münasibətləri səhv məcrada inkişaf edir
Sergey Markov

"Rusiya hökuməti Ermənistanla münasibətlərinin səhv məcrada inkişaf etdiyi qənaətindədir".

Bu barədə “Report”un Rusiya bürosuna rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov Rusiya Prezidenti Vladimir Putinin bu gün Avrasiya İqtisadi Birliyinin Ali İqtisadi Şurasının iclasının keçirildiyi Yerevan səfərini şərh edərkən bildirib.

Ermənistan paytaxtında keçirilən beynəlxalq tədbirdə iştirak edəcək Rusiya prezidentinin bu ölkənin rəsmi şəxsləri ilə ayrıca görüşlərinin nəzərdə tutulmadığını qeyd edən rusiyalı ekspert bunu Rusiya hökumətinin Ermənistanla münasibətlərinin səhv məcrada inkişaf etdiyi qənaətində olması ilə əlaqələndirib.

Belə bir qənaətin səbəbləri arasında Ermənistanın hazırkı hökumətinin qərbyönümlü siyasət yeritməsi ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əməli addımlar atmağa baş nazir Nikol Paşinyanın siyasi iradəsinin çatmadığı göstərilib: “Rusiyanın təşəbbüsü ilə çoxdandır irəli sürülən Kazan düsturuna görə Ermənistan ətrafındakı blokadanın qaldırılması müqabilində Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmalı, daha sonra bölgəyə sülhməramlılar yeridilməli, bölgənin statusuna dair danışıqlar başlanmalıdır. Bu yolla irəliləmək üçün hər cür imkanın olmasına baxmayaraq, Nikol Paşinyan buna hazır deyil, nədənsə çəkindiyini bəhanə gətirir”.

Rusiyalı politoloq blokada vəziyyətində olan Ermənistana külli miqdarda vəsait sərf etdiklərini, bu məsrəfləri azaltmaq arzusunda olduqlarını da qeyd edib: “Nikol Paşinyan iqtisadi artım barədə çox danışsa da, bunu həyata keçirmək, sadə insanların güzəranını yaxşılaşdırmaq üçün heç bir addım atmır. Halbuki iqtisadi artımın yolu Dağlıq Qarabağ münaqişəsinin həlli, iqtisadi blikadanın aradan qaldırılmasından keçir”.

Son xəbərlər

Orphus sistemi