Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü Tehranda keçiriləcək

Region
  • 31 avqust, 2018
  • 11:26
Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü Tehranda keçiriləcək

Bakı. 31 avqust. REPORT.AZ/ Kreml sentyabrın 7-də Tehranda baş tutacaq Rusiya, Türkiyə və İran prezidentlərinin sammitinin keçirilməsinə hazırlıqlarını təsdiqləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Daha əvvəl üçtərəfli sammitin İranın başqa şəhərində - Təbrizdə keçirilə biləcəyi barədə məlumat yayılmışdı.

"İran tərəfindən görüşün Tehran şəhərində keçirilməsi ilə bağlı məlumat almışıq. Odur ki, üçtərəfli görüş məhz Tehranda hazırlanır", - D.Peskov əlavə edib.

O həmçinin Türkiyə tərəfinin sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ayrılıqda görüş keçirəcəyi ilə bağlı məlumatını təsdiqləyib.