Rusiya Böyük Britaniyanın ittihamlarına cavab verib

Rusiya Böyük Britaniyanın ittihamlarına cavab verib Bakı. 6 sentyabr. REPORT.AZ/ Rusiya Sergey Skripal və onun qızı Yuliyaya qarşı sui-qəsdlə bağlı Böyük Britaniyanın ittihamlarını yolverilməz hesab edir.
Region
6 Sentyabr , 2018 17:30
Rusiya Böyük Britaniyanın ittihamlarına cavab verib
Reuters/«Газета.Ru»

Bakı. 6 sentyabr. REPORT.AZ/ Rusiya Sergey Skripal və onun qızı Yuliyaya qarşı sui-qəsdlə bağlı Böyük Britaniyanın ittihamlarını yolverilməz hesab edir.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Ötən gün Böyük Britaniyanın baş naziri Tereza Mey bu məsələdə Rusiya rəhbərliyinin əlinin olduğunu ehtimal edib. Biz bir daha bəyan edirik ki, Rusiyanın istər ali rəhbərliyinin, istər daha aşağı səviyyəli rəhbərlərinin, yaxud hər hansı rəsmi nümayəndələrinin Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsində günahı yoxdur. Bu barədə söhbət belə gedə bilməz, bu yöndə hər hansı ehtimallar və ya ittihamlar yolverilməzdir” – deyə D.Peskov vurğulayıb.

Kreml rəsmisi həmçinin Böyük Britaniyanın "Skripal işi" ilə bağlı Moskva ilə əməkdaşlığa getməməsindən təəssüfləndiklərini bildirib. O qeyd edib ki, Rusiya tərəfi Londonun təqdim etdiyi şübhəlilərlə bağlı müəyyən addımlar ata bilərdi, amma bunun üçün rəsmi sorğu verilməlidir.

Qeyd edək ki, dünən Böyük Britaniyanın baş naziri Tereza Mey Sergey Skripal və onun qızının zəhərlənməsində Rusiyanı ittiham edib. Onun sözlərinə görə, böyük ehtimalla bu əməliyyata Kreml tərəfindən qərar verilib.

Son xəbərlər

Orphus sistemi