Qazaxıstanda növbədənkənar prezident seçkisinin tarixi açıqlanıb

Region
  • 09 aprel, 2019
  • 07:24
Qazaxıstanda növbədənkənar prezident seçkisinin tarixi açıqlanıb

Qazaxıstanda növbədənkənar prezident seçkisi iyunun 9-da keçiriləcək.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə respublikanın hazırkı rəhbəri Kasım-Jomart Tokayev bildirib.

"Konstitusiyaya əsasən, Qazaxıstan Respublikasının növbədənkənar prezident seçkisinin iyunun 9-da keçirilməsi barədə qərar qəbul etmişəm", - K.-J.Tokayev telemüraciətində deyib.