Putin "Su-57"ni ən yaxşı hərbi təyyarə adlandırıb

Region
  • 19 mart, 2019
  • 20:42
Putin Su-57ni ən yaxşı hərbi təyyarə adlandırıb

Hazırda ən yaxşı təyyarə "Su-57"dir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

"O, [Su-57] hazırda bizim ən yaxşımızdır. Bütün taktiki-texniki göstəricilərə, silaha görə", - deyə dövlət başçısı bildirib.

"Su-57" Rusiyanın beşinci nəsil qırıcı təyyarələr sinfinə aiddir. O, müxtəlif təyinatlı – hava, quru və suda olan hədəflərin vurulması üçün nəzərdə tutulub.

Son xəbərlər

Bütün Xəbər Lenti