Yuxarı

Mahaçqala şəhər başçısı səlahiyyətlərini aşdığına görə saxlanılıb - YENİLƏNİB

Mahaçqala şəhər başçısı səlahiyyətlərini aşdığına görə saxlanılıb - YENİLƏNİB

Bakı. 7 noyabr. REPORT.AZ/ Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərinin başçısı vəzifəsini müvəqqəti icra edən Əbusüfyan Həsənov səlahiyyətlərin aşılması işi üzrə keçirilən operativ tədbirlərin başa çatmasından sonra saxlanılıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.


***14:38

Mahaçqala şəhərinin rəhbəri vəzifəsini icra edən Əbusüfyan Həsənovun iş otağında bu gün səhərdən axtarış aparılır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat verən mənbə axtarışın hansı məsələ və ya istintaq çərçivəsində aparıldığını bildirməyib.

Qeyd edək ki, Mahaçqala şəhərinin başçısı Musa Musayev dövlət əmlakını dağıtdığına görə 4 il həbs cəzasına məhkum ediləndən sonra onun müavini olan Ə.Həsənov yanvarın 22-dən bu vəzifəni müvəqqəti icra edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi