İranda qadın deputat koronavirusdan öldü

İranda qadın deputat koronavirusdan öldü İranda koronavirusdan ölən siyasətçilərin sayı artır.
Region
7 Mart , 2020 12:49
İranda qadın deputat koronavirusdan öldü

İranda koronavirusdan ölən siyasətçilərin sayı artır.

“Report” IRNA-ya istinadən xəbər verir ki, ölkə parlamentinə Tehran şəhərindən seçilən 55 yaşlı qadın deputat Fatimə Rəhbər ötən gün müalicə aldığı Tehranın Məsih Daneşvari xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, İranda koronavirus daşıyıcılarının sayı 4 747 nəfərdir. Virusdan ölənlərin sayı isə 124 nəfərdir.

Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi və İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam koronavirusdan ölüb.

Hökumət koronavirusun kütləvi yayılması ilə əlaqədar olaraq 17 əyalətə girişi qadağan edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 257-yə çatıb. Bunların 57 659 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi