İran tibbi məhsulların ixracını qadağan etdi
Region
- 15 aprel, 2020
- 06:53
İran koronavirusa görə yaranmış vəziyyətlə əlaqədar olaraq tibbi avadanlıq və pereparatların ixracatını qadağan edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İranın ticarətin inkişafı təşkilatının rəhbəri, sənaye və ticarət nazirinin müavini Həmid Zadbum bildirib.
Onun sözlərinə görə, bura bir sıra tibbi məhsullar, o cümlədən maska, onun hazırlanmasında istifadə edilən parça və materiallar, virusdan müdafiə geyimlərinin ixracatı daxildir: “Bu qadağa həmin avadanlıq və məhsullara özümüzün ehtiyacı olduğunu göstərir. Qadağa daxili bazarın tələbatı ödəməsindək qüvvədə qalacaq”.
Qeyd edək ki, aprelin 14-inə olan məlumata əsasən, İranda 74 877 nəfər koronavirusa yoluxub, 4 683 nəfər isə virusun qurbanı olub.
Son xəbərlər
23:51
Foto
Serbiyanın energetika naziri ölkədə yanacaq qıtlığının olmayacağını açıqlayıb
Digər ölkələr23:32
ABŞ, Yaponiya və Cənubi Koreya KXDR-in nüvəsizləşdirilməsinin lehinə çıxış edib
Digər ölkələr23:28
Akif Çağatay Kılıç: Türkiyə güclü regional aktordur
Region23:24
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Digər ölkələr23:06
ABŞ-nin beş telekanalı Trampın iştirakı ilə keçirilən tədbirləri işıqlandırmağı dayandırıb
Digər ölkələr23:01
Ceyhun Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib
Xarici siyasət23:00
SEPAH: ABŞ və İsrail gec-tez bölgəni tərk etməlidir
Region22:47
Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb
Region22:29