Gürcüstanın xarici ticarət dövriyyəsi 17% azalıb
Region
- 15 iyun, 2020
- 07:20
Bu ilin yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 4 milyard 206,2 milyon ABŞ dollarına bərabər olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu həcm 16,8% azalıb.
Bu ilin ilk beş ayında Gürcüstanın ixracının dəyəri 1 milyard 235,4 milyon, idxalının dəyəri isə 2 milyard 970,8 milyon ABŞ dolları təşkil edib. İllik müqayisədə ixracın həcmində 16,2%, idxalın həcmində isə 17% azalma qeydə alınıb.
Hesabat dövründə qonşu ölkənin ticarət kəsiri 1 milyard 735,4 milyon ABŞ dolları olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 41,3% təşkil edib.
Son xəbərlər
01:10
Pakistan və İranın XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər
Digər ölkələr00:50
İtaliyada müharibə əleyhinə "No Kings" aksiyasına dəstək verilib
Digər ölkələr00:21
İran Pakistan gəmilərinin Hörmüz boğazından keçidinə icazə verib
Digər ölkələr23:52
İran Bərzaninin evinə PUA hücumunu pisləyib
Region23:45
Zelenski: Ukrayna təhlükəsizlik sahəsində təcrübəsini Qətərlə bölüşür
Digər ölkələr23:36
İsmayıl Bəqai: ABŞ ilə İsrailin İrana hücumunun əsl məqsədi aydınlaşır
Region23:22
Azərbaycanın yeniyetmə güləşçiləri Estoniyada 5 medal qazanıblar
Fərdi23:13
İraqda "Əl-Həşd əş-Şaabi"nin qərargahı bombalanıb, ölənlər var
Digər ölkələr22:58
Foto
Video