Gürcüstanda prezidentliyə namizədin təşviqat materiallarını daşıyan yük maşını yanıb

Gürcüstanda prezidentliyə namizədin təşviqat materiallarını daşıyan yük maşını yanıb Tbilisi. 13 oktyabr. REPORT.AZ/ Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvilinin təşviqat materiallarının daşındığı yük maşınında yanğın baş verib.
Region
13 Oktyabr , 2018 21:47
Gürcüstanda prezidentliyə namizədin təşviqat materiallarını daşıyan yük maşını yanıb

Tbilisi. 13 oktyabr. REPORT.AZ/ Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvilinin təşviqat materiallarının daşındığı yük maşınında yanğın baş verib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, avtomobil Türkiyədən Lilo gömrük terminalına yük daşınmasını həyata keçirib.

Yanğın maşın Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 28 kilometrliyində olarkən baş verib. Hadisə zamanı xəsarət alan olmayıb.

S.Zurabişvilinin seçki qərargahı yük maşınında baş vermiş yanğınla bağlı məlumat yayıb. Məlumatda qeyd olunub ki, maşında təşviqat futbolkaları/maykaları olub.

Qərargah Gürcüstanın Daxili İşlər Nazirliyini faktı vaxtında araşdırmağa və yanğının baş vermə səbəblərini müəyyən etməyə çağırıb.

Bundan əvvəl Gürcüstan paytaxtı Tbilisinin Didiube rayonunda “Eliava” tikinti materialları bazarı yaxınlığında güclü yanğın baş vermişdi.

Cəmilə BABAYEVA

Son xəbərlər

Orphus sistemi