“Gürcüstana yalnız koronavirus testinin neqativ olması barədə arayış təqdim edən turistlər buraxılacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria parlamentdə çıxışı zamanı bildirib.
O deyib ki, həmin sənədi olmayan ziyarətçilərin ölkəyə girişinə icazə verilməyəcək:
“Biz arayışı olmayan tursitlər üçün, bunun kütləvi hal almayacağı təqdirdə, ölkə ərazisində koronavirusu sürətlə aşkarlayan testdən keçməyə şərait yaradacağıq. Gürcüstana səfər edən turist qrupları “yaşıl zonalar”da – Səhiyyə Nazirliyindən müvafiq icazə alan mehmanxanalarda yerləşdiriləcək. Əks halda, biz ölkəmizin turizm brendi reputasiyasını zərbə altına qoya bilərik”.
Hökumət başçısının sözlərinə görə, iyulun 1-dən Gürcüstanın beynəlxalq turizm üçün açılması ilə ölkəyə nəzarətsiz giriş deyil, “təhlükəsiz dəhliz” nəzərdə tutulur.